“Məndə Azərbaycanla matç öncəsi özünəinam artıb”
13.11.2012 - 16:03
“Şəxsən Portuqaliya ilə oyun mənim üçün böyük təcrübə oldu. Həmin gecə karyeramın parlaq matçlarından biri idi. İki vinger – Nani və adı dünyanın ən yaxşı oyunçularından Lionel Messi ilə birgə çəkilən Ronalduya qarşı oynamaq məndə Azərbaycanla matç öncəsi özünəinamı artırıb”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Şimali İrlandiya yığmasının futbolçusu Rayan Makqivern deyib.
“Mançester Siti”yə məxsus olan, ancaq icarə əsasında “Haybernian”da çıxış edən 22 yaşlı müdafiəçi millimizlə oyunda da heyətdə yer alacağına ümid etdiyini bildirib.
Portuqaliya ilə qarşılaşmanın təəssüratlarından hələ də ayıla bilməyən Makqivern daha sonra belə deyib: “Portuqaliya həmin vaxt dünyanın reytinqində 3-cü sırada idi. Bizim üçün ora gedib ordan xalla qayıtmaq möhtəşəm nəticədir. Belə bir komandadan xal ala biliriksə, o zaman Azərbaycanla oyunda niyə qələbəyə ümid etməyək?”

0
0