Ruslan Abışov: Açıq futbol oynasaq, yaxşı nəticə qazana bilərik
13.11.2012 - 17:51
“Oyuna yaxşı hazırlaşmışıq. Belfasta yaxşı nəticə üçün gəlmişik”. Apasport.az saytının Belfasta ezam olunmuş əməkdaşının məlumatına görə, bu fikirləri Azərbaycan millisinin futbolçusu Ruslan Abışov deyib.
O, yığmamızın 2014-cü il dünya çempionatının seçmə mərhələsində ardıcıl 3-cü səfər oyununu keçirməyini çətinlik saysa da, yaxşı nəticəyə ümid edir: “Əlbəttə, ardıcıl 3-cü dəfə səfərdə oynamaq çətinlik yaradır. İstərdim ki, Şimali İrlandiya ilə evdə oynayaq. Soyuqqanlı oynasaq, yaxşı nəticə qazana bilərik”.
Ruslan Rəşad Sadıqovla Mahir Şükürovun yoxluğunda millini kapitan kimi meydana çıxaracaq. Özü də bu, həmin vəzifəni seçmə mərhələdə ilk dəfə daşıyacaq: “Kapitan olacağıma görə məndə həyəcan yoxdur. Millidə bu planda debüt etmişəm. Ancaq bu, yoldaşlıq görüşlərində olub. İndi rəsmi oyundur və ilk dəfə belə matçda sarğını daşıyacağam. Çox istəyirəm ki, debütümdə yaxşı nəticə olsun”.
Abışov millinin debütantı Rasim Ramaldanovla birgə müdafiənin mərkəzində oynamaqda problem görmür: “Biz bir-birimizə uyğunlaşmışıq. Düzdür, ilk məşqlərdə çətinlik olur, ancaq 2-3 məşqdən sonra bu, aradan qalxır. Belə havada oynamaq hər futbolçu üçün rahatdır. Sadəcə, vaxt baxımından, yəni Bakı ilə 4 saat fərq olmağı baxımından müəyyən çətinlik yarana bilər. Ancaq əvvəl də belə saat fərqində oynamışıq. İnamlı, yaxşı futbol göstərsək, istəyimizə çatacağıq. Rəqib elə deyil ki, Rusiya, Portuqaliya ilə matçlarda olduğu kimi müdafiə futbolu oynayaq. Şimali İrlandiya ilə açıq futbol oynasaq, yaxşı nəticə qazana bilərik”.
25 yaşlı müdafiəçinin sözlərinə görə, rəqibin oyununu yaxşı təhlil edərək, nəticə çıxardıblar: “Onlar xallarını Portuqaliya ilə Lüksemburqla oyunlarda etdikləri heç-heçə ilə qazanıblar. Əlbəttə, özümüzə inamı artırmaq üçün Lüksemburqla oyuna baxmağımız daha əlverişlidir. Rəqibin oyunlarına baxıb, lazımı nəticə çıxartmışıq. Nəticə qazanmağımız üçün əsas özünə inamla, soyuqqanlı oynamağımızdır. Şimali İrlandiyadan niyə çəkinməliyik ki? Biz daha güclülərə qarşı oynamışıq. Əsas futbolçuların fərdi yox, komanda oyunudur. Şimali İrlandiyanın zəif cəhətləri haqda danışmaq istəmirəm. Sabahkı oyunda hər şey görünəcək”.
Mehman SÜLEYMANOV
BELFAST

0
0