Milli komandamızda daha bir itki
13.11.2012 - 21:08
Azərbaycan milli komandası 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsində Şimali İrlandiya yığması ilə səfər oyunu öncəsi daha bir itki ilə üzləşib. Apasport.az saytının Belfasta ezam olunmuş əməkdaşının məlumatına görə, millimizin əsas heyət oyunçularından sayılan Aleksandr Çertoqanovun sabahkı matçda iştirak etməyəcəyi gözlənilir.
Belə ki, 32 yaşlı yarımmüdafiəçinin dünənki açıq məşqdə aldığı zədə yüngül olmayıb. Hər halda, Aleksandr bugünkü açıq məşqdə komanda ilə bir çalışmadı. O, 1 saatdan artıq davam edən məşqi meydanı dövrə vuraraq, qaçmaqla keçirdi.
Aleksandr dünənki açıq məşqdə ikitərəfli oyun zamanı Elvin Məmmədovla toqquşmadan sonra hər ikisi dizindən zədə aldı. Ancaq həkim köməyinə ehtiyac olan yarımmüdafiəçilərdən Elvin problem yaşamadı və bugünkü məşqdə komanda ilə bir hazırlıq keçdi. Çertoqanovun isə sıraya qayıtmağı üçün 5 gün vaxt lazımdır və son məşqdə komanda ilə bir çalışmayan futbolçunun matçda meydana buraxılmağı heç inandırıcı görünmür.
Qeyd edək ki, millimizdə bunadək Rəşad Sadıqov, Mahir Şükürov, Aqil Nəbiyev zədə, qapıçı Kamran Ağayev cəza üzündən heyətdən kənarda qalmışdı.
Mehman SÜLEYMANOV
BELFAST

0
0