Ştaynın tarixi seçimi, yaxud Kamran Ağayevi kim əvəzləsin?
14.11.2012 - 01:08
Azərbaycan yığması 2014-cü il dünya çempionatının seçmə mərhələsində son oyununu keçirdiyi Rusiya yığması ilə səfər matçından sonra təkcə son dəqiqələrdə penaltidən buraxılan qolun nəticəsindəki məğlubiyyətə üzülmədi. Bizləri məyus edən digər məqam əsas qapıçımız Kamran Ağayevin növbəti matçda iştirak edə bilməyəcəyi idi. Çünki 26 yaşlı qapıçının Moskvadakı oyunda aldığı sarı vərəqə cari seçmə mərhələdə 2-ci idi və bu da avtomatik Şimali İrlandiya yığması ilə noyabrın 14-də keçiriləcək səfər matçında cəzalı duruma düşməyi demək idi.
Elə həmin vaxtdan Kamranın yerinə kimin oynayacağı ilə bağlı müzakirələr getdi. Millimizə Fərhad Vəliyev, Cahangir Həsənzadə kimi təcrübəli qapıçıların çağırılacağı ilə bağlı söz-söhbətlər gəzsə də, baş məşqçi Berti Foqts onların heç birinə dəvət göndərməyi lazım bilmədi. O, təcrübəsi az olanları – Anar Nəzirov, Səlahət Ağayev və Andrey Popoviçi Belfasta apardı. İndi 66 yaşlı almaniyalı çalışdırıcı bir sual qarşısında qalıb: Kamranı kim əvəzləsin?
Əslində, bu, Foqts üçün artıq dilemma deyil. Çünki o, oyun öncəsi mətbuat konfransında start heyətində yer verəcəyini qapıçını artıq müəyyənləşdirdiyini, sadəcə, adını açıqlamaq istəmədiyini bildirdi. Bizə isə hələlik ehtimallarımıza, izlədiyimiz məşq proseslərinə əsasən həmin qapıçının kim olduğunu müəyyənləşdirmək qalır. Hər 3 qapıçının ayrı-ayrılıqda şanslarını dəyərləndirməyi lazım bilirəm.
Anar Nəzirov – “Qəbələ”nin qapıçısı üçün cari mövsüm uğurlu başlamadı. O mənada ki, 27 yaşlı qapıçı daim ehtiyatda qalırdı. Ancaq Ramiz Məmmədovun komandanın baş məşqçi postuna qayıdışı ilə Anarın əsas heyətə yolu açıldı. Məmmədov Nəzirovu məhz milli üçün oynadaraq, oyun praktikasına qazanmağına imkan yaratdı. Onun da baş məşqçisinin etimadını doğruldaraq, kobud səhvlərə yol vermədiyini deyə bilərik. Anarın millidəki həmkarlarından ən böyük üstünlüyü bu il bütün təlim-məşq toplanışlarında iştirakıdır.
Ancaq digər tərəfdən, əleyhinə işləyən amil nəinki bu il, ümumiyyətlə, yığmada oynamamağıdır. İndi Foqts bunun əziyyətini çəkir. Çünki indi əsas heyətdə durmağa namizəd saydığı Anarı 1 oyunda belə sınamayıb. Nəzirov heç bir yığmada, klublarla avrokuboklada oynamadığından, ümumiyyətlə, beynəlxalq təcrübəsi yoxdur. Sözsüz ki, bu, onun ziyanına işləyir və qapıçı həmkarlarından yaşca böyük olsa da, beynəlxalq təcrübəsi onlardan azdır. Üstəlik, Anar qapıçı üçün vacib amil olan boyuna görə də Ağayevlə Popoviçdən geri qalır. Bu isə xüsusilə “ikinci mərtəbə”də oyuna üstünlük verən britaniyalılarla matçlarda vacib faktordur. Bu mənada məşqlərdə də etdiyim müşahidələrə əsasən Anarın yenə əsas heyətdə yer almayacağı qənaətinə gəlmişəm.
Andrey Popoviç – Milliləşdirilən ukraynalı qapıçı azərbaycanlı həmkarlarından yaşca kiçik olsa da, oyun sayında onları qabaqlayır. Belə ki, Popoviçin millimizdə hesabında 2 oyun var. Özü də bunların heç birində uduzmadığımızdan, nəticə qazanmışıq. Düzdür, bunlar yoldaşlıq görüşləri olub ki, söhbət ötən il Almaniyaya Tiranada 1:0 hesabı ilə qalib gəldiyimiz, Sinqapurla bu ilin fevralında Dubayda 2:2 hesabı ilə nəticələnən yoldaşlıq görüşləri olub. Məhz həmin Dubay toplanışında Andreyin intizamsız hərəkətləri onu Foqtsun gözündən saldı və təkcə sonrakı 2 oyundan, ümumiyyətlə, toplanışlardan kənarda qoydu. Onun indi çağırılmağını daha çox məcburiyyətlə əlaqələndirmək olar.
Hələ 21 yaşlılardan ibarət yığmamızın (U-21) heyətində rəsmi oyunlarda iştirak edən Popoviç uzun fasilədən sonra özünə klub tapsa da, hazırda yaxşı formada olmadığı qənaətindəyəm. Ən azı izlədiyim məşq proseslərini məndə belə fikir formalaşdırıb. Təsadüfi deyil ki, Andreyin qapısına vurulan zərbələrdən əksəri tora qovuşurdu və Foqts da ona narazılığını deyirdi. Cari mövsümdən “Turan”da oynayan 20 yaşlı qapıçı boyu yaxşı olduğundan, britaniyalılarda oyunda çıxışda işimizə yaraya bilər. Ancaq digər tərəfdən, Andreyin hələ ötən mövsüm oynadığı vaxtda yersiz irəli çıxışları başına bəla gətirib, hətta qırmızı vərəqə alaraq, meydandan qovulmağı ilə nəticələnib. Özüm üçün belə nəticə çıxartmışam ki, Popoviç də ən azı ilk dəqiqələrdə ehtiyatda olacaq.
Səlahət Ağayev – Yazını diqqətlə izləyənlər avtomatik belə nəticəyə gəlirlər ki, bu qapıçını daha şanslı sayıram. Bəli, onu ən sonraya saxlamağım şansının az saymağım yox, sadəcə, ardıcıllığı belə seçməyi daha məqsədəuyğun saymağımla bağlıdır. Düzünə qalsa, Belfasta gələndə yolda qapıçılarla bağlı özüm üçün təhlil apardığım zamanı Səlahəti ən az şanslı sayırdım. Ancaq məşq proseslərini izlədikdən sonra məndə bunun tam əksi olan fikir formalaşdı. Məşqlərdə yaxşı təsir bağışlayan Ağayev ikitərəfli oyunda əsas heyətə daha yaxın olan komandanın qapısını sona kimi qorudusa, Anarla Andrey bir-birini əvəzlədi.
Millimizdə cəmi 1 oyun keçirən Səlahət onu da 2010-cu ilin mayında Honduras yığması ilə Avstriyadakı təlim-məşq toplanışında 0:0 hesabı ilə nəticələnən yoldaşlıq görüşündə edib. Əvəzində 22 yaşlı qapıçı U-21-də ötən seçmə mərhələdə əsas qapıçı oldu və yaşı artıq ora düşmədiyindən, yalnız əsas yığmada oynaya bilər. Ağayevin Nəzirov və Popoviçdən üstünlüyü cari mövsümdə daha çox oyun keçirməyidir. O, Popoviçin gedişindən sonra “Sumqayıt”ın əsas qapıçısıdır. Səlahətin 3 qapıçı arasında ən hündür, beynəlxalq təcrübəsinin çox, üstəlik, olmağı ona üstünlük verir. Bir də ki, o da Ağayevdir. Yəni millimizin əsas qapıçısı yenə bu soyadlı olacaq. Fərq onların adlarındadır ki, Foqts Kamranı Səlahətlə əvəzləməyi qərara aldığı qənaətinə gəlmişəm.
Bəli, oyuna lap az qalıb və bir neçə saatdan sonra başlayacaq oyunda millimizin qapısını kimin qoruyacağını görəcəyik. Əslində, seçimi edən Foqts yox, digər almaniyalı məşqçi Uli Ştayndır. Axı unutmayaq ki, qapıçılarla işləyən məşqçi məhz odur və bu məsələ bilavasitə onun səlahiyyətindədir. Ştaynın verdiyi qərarı Foqts dəstəkləyərək, heyəti açıqlayır.
Bu yerdə AFFA-nın baş katibi Elxan Məmmədovla açıq məşqdə söhbətimiz zamanı maraqlı hadisəni danışdığını qeyd edərdim. Belə ki, Şimali İrlandiya ilə oyunda qapıçını müəyyənləşdirəcək şəxs kimi məhz Ştaynı göstərən Məmmədov 4 il əvvəl analoji vəziyyəti xatırlatdı. Onda da əsas qapıçının kim olacağı sual doğururdu və Ştaynın tarixi qərarının indi bəhrəsini görürük. Söhbət 2008-ci ilin sentyabrında seçmə mərhələdə ilk, Foqtsun rəsmi oyunlarda millimizdə debüt etdiyi Uels yığması ilə səfər matçından gedir.
Həmin vaxt əsas qapıçımız olan, bütün yoxlama oyunlarında sınanılan Fərhad Vəliyevin matçdan 1 gün öncə barmağından aldığı zədəyə görə oynaya bilməyəcəyi dəqiqləşir. Bu zaman digər 2 qapıçı arasında təcrübəli Rauf Mehdiyevə şans veriləcəyi gözlənilir. Mehdiyev həmin vaxt “Olimpik”də “bərkgedən” çıxışı, “quru seriya”da rekordları ilə diqqəti özünə cəlb etsə də, məşhur “Millenium” stadionunda ona şans verilmir. Ştayn seçimi həmin vaxt millinin debütantı olan Kamranın üzərində edir. O, qapıçı ilə psixoloji planda uzun söhbətindən sonra çoxları üçün gözlənilməz seçim edir və tarixi fikir bildirir: “Vaxt gələcək, bir neçə ildən sonra Kamran Azərbaycanın ən yaxşı qapıçısı olacaq”. Göründüyü kimi, Ştayn uzaqgörən imiş və doğrudan da belə olur. Həmin oyunda ulduzu parlayan Ağayev artıq xeyli vaxtdır millimizin “1 nömrəsi”dir.
İndi biz 4 ildən sonra yenə Britaniya torpağındayıq və qapıçı sarıdan seçim etməliyik. Kim bilir, bəlkə yenə Ştayn elə seçim edəcək ki, Fərhad kimi Kamran da kölgədə qalaraq, yeni qapıçının ulduzu parlayacaq. Kim bilir, bəlkə bu, yenə Ağayev olacaq?
Mehman SÜLEYMANOV
BELFAST

0
0