Belfastda tarix yazmalı olan heyət
14.11.2012 - 13:07
Azərbaycan yığması 2014-cü il dünya çempionatının seçmə mərhələsində Şimali İrlandiya yığması ilə səfər oyununa hazırlığını başa vurub. Apasport.az saytının Belfasta ezam olunmuş əməkdaşının məlumatına görə, millimizin əsas heyətini müəyyənləşdirən baş məşqçi Berti Foqtsun seçimini təxmin etmək olar. Ən azı burada izlədiyimiz açıq məşqlərə əsasən müəyyən fikir yürüdə bilirik.
Qapıçı məsələsi ilə bağlı geniş yazdığımızdan buna qayıtmağa lüzum görmürük. Yalnız “Sumqayıt”ın qapıçısı Səlahət Ağayevin ilk dəqiqələrdən meydana çıxmağa daha şanslı olduğunu bir daha qeyd edək. Müdafiənin mərkəzində “Xəzər Lənkəran”lı Ruslan Abışovla “İnter”li Vladimir Levinin yer alması daha realdı. Ən azı ona görə ki, bu cütlük Rusiya yığması ilə son oyunda da birgə çıxış edərək, inamlı təsir bağışladılar. Sadəcə, bu dəfə heyətdə Rasim Ramaldanovun yer alması ilə taktiki dəyişiklərə al atıla bilər.
Rasim debütant olsa da, onun meydana çıxacağına şübhəmiz yoxdur. Onun oyun öncəsi mətbuat konfransında iştirakını, Foqtsun onda razı qalaraq, əsas heyətdə meydana çıxmağa şansının böyük olduğunu deməyini, hündür boylu, yaxşı fiziki göstəricilərə malik olmağını, başla yaxşı oynadığını nəzərə almalıyıq ki, bu da britaniyalılarda matçda bizə çox lazım olacaq. Sadəcə, Rasim yalnız müdafiənin mərkəzində oynadığından, onun dayaq yarımmüdafiəçisi kimi təcrübəsi yoxdur. Ruslanın isə belə təcrübəsi var və elə Foqts millidə onu daha çox orta sahədə oynadıb. Üstəlik, əsas dayaq yarımmüdafiəçilərindən olan “Qəbələ”li Aleksandr Çertoqanov zədə aldığından, oyun öncəsi son məşqdə komanda ilə birgə hazırlaşaraq, yalnız qaçmalı oldu. Bütün bunları nəzərə alsaq, Abışov Ramaldanovun önündə oynayıb, onu sığortalaya bilər.
Cari seçmə mərhələdə müdafiənin sol cinahına çəkilən Maksim Medvedevin yenidən onun üçün daha doğma olan sağda yer alacağını əminliklə söyləmək olar. Çünki bu mövqedə oynayan Mahir Şükürov zədə üzündən heyətdə yer almayıb və “Qarabağ”ın yetirməsi olan Maksimin alternativi yoxdur. İndi sol cinahda kimim yer alacağı sual doğurur ki, bura 2 namizədimiz var. Solaxay futbolçu olan Əli Gökdəmir 21 yaşlılardan ibarət yığmamızda bu mövqedə oynasa da, Foqts onu başqa yerlərdə sınayır. Əli dayaq yarımmüdafiəçisi kimi uğursuz oldu və Moskvadakı matçda penalti “qazanmışdı”. Ancaq müşahidələrə və Çertoqanovun zədələnməyindən sonra Gökdəmir yenə orta sahədə yer alacaq. Müdafiənin sol cinahında isə Elhad Nəzirinin yer alacağı gözlənilir. Düzdür, “Milsami”nin futbolçusu müdafiənin mərkəzində və önündə oynayır. Ancaq Nəzirinin solaxay olmağı və ikitərəfli oyunda sol cinah müdafiəçisi kimi sınanmağı millimizdə debütünün bu mövqedə olacağına məndə əminlik yaradıb.
Dayaq yarımmüdafiəçisi mövqeyində Rahid Əmirquliyev də var. Ancaq Foqtsun “Xəzər Lənkəran”ın kapitanını əsas heyət oyunçuları arasında sınamamağı diqqətimizi çəkdi. Görünür, bəstəboy olmağı, ucaboy irlandlarla oyunda isə orta sahədə mübarizələrdə boy amilinin vacib olmağı almaniyalı çalışdırıcının Əmirquliyevi ən azı start heyətdə yer verməməyi qənaətinə gətirib. Əvəzində Hacı Əhmədov sınanırdı ki, onun da boyu hündür deyil. “Qarabağ”ın futbolçusunun təcrübəsinin azlığı da öz sözünü deyə bilər.
Elvin Məmmədov uzun fasilədən sonra yenidən millinin formasında meydana çıxacaq. Özü də “Bakı”nın futbolçusu əsas heyətdə olacaq. Elvin cinahda yox, mərkəzdə yer alaraq, oyun qurucusu funksiyasını yerinə yetirəcək. Sol və sağdan “Qarabağ”ın futbolçuları Vaqif Cavadovla Vüqar Nadirovun hücumlara dəstək verəcəyi real görünür. Düzdür, hər 2 cinahda oynaya bilən Cavid Hüseynov da var. Ancaq “Adana Dəmirspor”un yarımmüdafiəçisinin sonradan meydana buraxılacağını düşünürük. Uğur Pamuku da hesabdan silmək olmaz. Əsas heyət oyunçuları arasında sınanılan “Sumqayıt”ın futbolçusu matçda sağ cinah yarımmüdafiəçisi kimi start heyətində meydana çıxarsa, buna təəccüblənməyə dəyməz.
Ön xəttə gəlincə, Rusiya ilə matçda olduğu kimi 2 hücumçu variantı realdır. Ən azı rəqib nə Rusiya, nə də Portuqaliya kimi güclü olmadığından, rahat olacaq və səfərdə oynasaq belə, 2 hücumçu ilə meydana çıxmağımız mümkündür. Foqts Moskvadakı oyunda Branimir Subaşiçlə (“Xəzər Lənkəran”) Cihan Özkaranı (“Ərciyyəspor”) ilk dəqiqələrdən meydana buraxdı, digər mərkəz hücumçusu Rauf Əliyevə sonradan şans verdi. Fikrimcə, Rauf bu dəfə əsas heyətdə meydana çıxacaq. “Qarabağ”ın hücumçusunun boyunun yaxşı olmağı, hava mübarizələrində inamlı təsir bağışlamağı britaniyalılarla matçda faydalı ola bilər. İki hücumçu ilə oynasaq, Cihanın onunla duet təşkil edəcəyini, Branimirin start heyətindən kənarda qalacağını düşünürəm.
Mehman SÜLEYMANOV
BELFAST

0
0