35, yoxsa 70 və ya bizə 1 qol lazımdır
14.11.2012 - 17:02
Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, DÇ-2014-ün seçmə mərhələsinin Şimali İrlandiya ilə görüşü yığmamızın tarixində 191-ci qarşılaşma olacaq.
1992-ci ildən bu yana 20 illik tarixində 190 oyuna çıxan komandamız bu görüşlərdə 34 qələbə qazanıbsa, 47 heç-heçə və 109 dəfə meydanı məğlub tərk edib. Yığmamız Belfastdakı səfər matçında yubiley - 35-ci qələbəsini qazana bilər. Bunun üçün millimiz 3 oyunluq qələbəsizlik seriyasını qırmalıdır.
Belə ki, elə DÇ-2014-ün seçmə mərhələsinə təsadüf edən son 3 matçda yığmamız İsraillə heç-heçə edib (1:1), ardınca Portuqaliya və Rusiyaya müvafiq olaraq 0:3 və 0:1 hesabı ilə uduzub. Sonuncu dəfə avqustun 15-də Bəhreyni 3:0 hesabı ilə məğlub edən komandamız 91 gündən sonra qəlbə qazana bilər.
Lakin bunun üçün son 2 oyunda qol vura bilməyən yığmamız rəqib qapısına da yol tapmalıdır. İndiyədək isə 133 dəfə fərqlənən milli öz qapısında 337 qol görüb.
Bu matçadək baş tutan qarşılaşmalardan 91-i DÇ və AÇ-lərin seçmə oyunu olub. Millimiz 92-ci belə görüşünə çıxacaq.
Britaniyalılarla qarşılaşmaya qədər 8 qələbəsi olan futbolçularımız 14 heç-heçə edib və 69 dəfə uduzub. 2 oyunluq məğlubiyyət seriyası qırılmayacağı halda, Belfastda 70-ci – yubiley yenilgi gerçəkləşəcək. Komandamız 91 qarşılaşmada vurduğu 42 qolun qarşılığında 208 dəfə topu qapısından çıxarıb.
5-ci dəfə mundialın seçmə mərhələsinə qatılan yığmamız 42-ci oyunda 4-cü qələbə üçün çalışacaq. 3 qələbə, 8 heç-heçə və 3029 məğlubiyyəti olan millimiz bu görüşlərdə 13 top vurub və 79-nu buraxıb. Meydan sahiblərinin qapısına vurulacaq qolla yığmamız nəhs “13”ü arxada qoyacaqsa, irlandiyalıların ilk dəqiq zərbəsi millimiz üçün yubiley – 80-ci buraxılan top olacaq.
“Vindzor Park”dakı görüş Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun bu postda 52-ci oyunu olacaq. 2008-ci ilin martında baş məşqçi təyin olunan almaniyalı millimizlə indiyədək 11 qələbəyə sevinib, 13 heç-heçə görüb və 27 dəfə yetirmələrinin üzüntüsünə şərik olub. Bu matçlarda yığmamız 41 qolun sevincini yaşayıbsa, 79 dəfə qapıçımız topu tordan çıxarıb. Buraxılan ilk qol DÇ seçmə mərhələlərində olduğu kimi Foqts üçün də 80-ci üzüntü ola bilər.
Ardıcıl 3-cü seçmə mərhələdə iş başında olan Foqtsun yetirmələri 23 seçmə oyuna çıxıb. Belə matçda 3 qələbə qazanıb, 4 heç-heçə edib və 16 dəfə uduzub. Komandamızın 15 qoluna rəqibləri 45 dəfə cavab verib.
2012-ci ildə 10-cu matçına çıxacaq komandamız bitməkdə olan ildə 2 qələbə qazanıb və 3 heç-heçə edib. 4 dəfə uduzan millimiz 9 qol vurub və öz qapısından 11 top buraxıb. Şimali İrlandiya üzərində qələbə qazanacağı halda yığmamız son 5 ildə ən yaxşı nəticəsini göstərəcək. Bu rekord Foqtsun rəhbərliyi altında ən uğurlu il olmaqla tarixə düşəcək. Belə ki, 2008-ci ildən bu yana almaniyalı ilə ən yaxşı nəticə 2010-cu ildə olub: 3 qələbə və 3 heç-heçə. Bu rəqəmlərin bərabərləşdirəcək qələbə ilə top fərqində 2 il əvvəlki 9:17 də kölgədə qalacaq. Ardıcıl 3 ildir 9 qol vuran yığmamız Foqtsla ən məhsuldar ilini keçirmək üçün cəmi 1 qol vurub, bu rəqəmi 10-a çatdırmalıdır.

0
0