Azərbaycan millisi: 191-ci oyun, 181-ci futbolçu
15.11.2012 - 11:31
DÇ-2014-ün seçmə mərhələsinin Şimali İrlandiya ilə qarşılaşması 2 futbolçunun Azərbaycan millisində debütü ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, almaniyalı baş məşqçi Berti Foqts Belfastda 1:1 hesabı ilə nəticələnən qarşılaşmada 2 debütanta güvənib.
“Simurq”un futbolçusu Rasim Ramaldanovu start heyətində meydana buraxan mütəxəssis sonradan onu Moldovada legioner həyatı yaşayan Elhad Nəziri ilə əvəzləyib.
Bu matç hər 2 oyunçunun millidə ilk qarşılaşması olub. Belfastdakı oyunadək millinin 190 qarşılaşmasında 179 futbolçu meydana çıxmışdı. Rasim bu siyahıda 180-ci, Elhad isə 181-ci olub.

0
0