1131 gündən sonra Belfastda
15.11.2012 - 11:47
1131 gündən sonra Belfastda
Azərbaycan millisi tarixində 4-cü dəfə seçmə mərhələdə səfər xalı qazanıb. Apasport.az saytının məlumatına görə, DÇ-2014-ün seçmə mərhələsində Şimali İrlandiya ilə Belfastdakı qarşılaşmada 1:1 hesablı heç-heçə edən yığmamız 1131 gündən sonra rəqib meydanından xalla döndü.

Komandamız sonuncu dəfə bunu 2009-cu il oktyabrın 10-da bacarmışdı. Həmin vaxt Berti Foqtsun yetirmələri Lixtenşteyn yığmasının meydanında 2:0 hesablı qələbə qazanmışdı.

Qeyd edək ki, millimiz dünya və Avropa çempionatlarının seçmə mərhələlərindəki səfərdə keçirdiyi 47 qarşılaşmada cəmi 1 qələbə qazanıb, 3 heç-heçə edib və 43 dəfə uduzub.

Seçmə mərhələlərdə səfər xalları

AVRO-2004-ün seçmə mərhələsi
12 fevral 2003. Podqoritsa. Serbiya və Çernoqoriya – Azərbaycan - 2:2

AVRO-2008-in seçmə mərhələsi
6 iyun 2007. Almatı. Qazaxıstan – Azərbaycan - 1:1

DÇ-2010-un seçmə mərhələsi
10 oktyabr 2009. Vaduts. Lixtenşteyn - Azərbaycan - 0:2

DÇ-2014-ün seçmə mərhələsi
14 noyabr 2012. Belfast. Şimali İrlandiya – Azərbaycan – 1:1