Sevgililər yığmamızda qalmaqal yaratdı
15.11.2012 - 14:17
Ağırlıqqaldırma üzrə Azərbaycan millisində qalmaqal yaranıb. Apasport.az saytının Bolqarıstan mətbuatına istinadən məlumatına görə, qadın yığmamızın lideri Boyanka Kostova üçrəngli bayrağımız altında iştirakdan boyun qaçırıb.
Buna Boyankanın nişanlısı, millimizin digər üzvü İvan Stoitsovun komandadan kənarlaşdırılması səbəb olub. London Olimpiadasında zədə səbəbindən çıxış edə bilməyən atletimin gedişinə etiraz olaraq, xanım idmançı şəxsi məşqçisi Laçezar Kişkilovla birgə Bolqarıstana dönüb.
İvanla toyuna hazırlaşan Boyanka yığmamızın baş məşqçisi Zlatan Vanevlə əlaqə saxlayaraq, heç bir halda Bakıya dönməyəcəyini bildirib. Kişkilov da yetirməsinin qərarında israrlı olacağını düşünür: “Kostova Azərbaycandan qayıtmamaq üçün ayrılıb. Zlatan Vanev Boyanka və İvanın şəxsi məşqçisi olduğum halda, mənə qarşı düzgün yanaşmır”.
Bolqarıstan Ağır Atletika Federasiyasının prezidenti Nedelço Kolev isə həmyerlilərinin yığmaya dönüşünün əleyhinə olmadığını deyib: “Bolqarıstan idmanı və ağırlıqqaldırması naminə hər şeyi edəcəyik ki, bu 2 idmançını doğma komandaya qaytaraq. Dekabrda Bakıda Beynəlxalq Ağır Atletika Federasiyasının Konqresi keçiriləcək. Orada bu məsələni bir daha qaldırıb, həll etməyə çalışacağıq. Əgər onlar Azərbaycana qayıtmamaq fikrindən dönməsələr, cəzalanacaq, 1 il yarışlardan kənarlaşdırılacaq və bundan sonra yenidən Bolqarıstanın şərəfini qoruyacaq”.
Prezident məsələnin təfərrüatından xəbərdar olduğunu da gizlətməyib: “Bildiyim qədər Zlatan Vanev Stoitsovu Azərbaycan millisində görmək istəmir. Gələcək ərinin onunla birgə bu ölkəyə getməyəcəyi halda Kostova da Stoitsovdan uzaqda yaşamaq istəmir. Boyankanı da başa düşmək olar. ”
Məsələ ilə bağlı Azərbaycan Ağır Atletika Federasiyası ilə əlaqə saxladıq. Qurumdan apasport.az saytına bildiriblər ki, bolqarıstanlı legionerlərin Azərbaycan gedişi təsdiqlənməyib. Belə ki, Kostovanın 2016-cı, Stoitsovun və onunla yanaşı Veliçko Çolakovun Azərbaycan yığması ilə 2014-cü ilədək müqaviləsi var.
Qeyd edək ki, Kostova London Olimpiadasında 5-ci yeri tutmuşdu.

0
0