Milli komanda: Bizim də öz qəhrəmanlarımız var
16.11.2012 - 12:20
Milli komanda: Bizim də öz qəhrəmanlarımız var
Azərbaycan millisi DÇ-2014-ün seçmə mərhələsinin 2012-ci ilə aid olan hissəsini arxada qoyub. Apasport.az saytının məlumatına görə, komandamız ilk 4 qarşılaşmanı 2 xalla başa vurub.

Bu qarşılaşmalarda meydana çıxan 21 futbolçu müxtəlif göstəriciləri ilə fərqlənib. UEFA-nın statistik göstəricilərində oyunçularımızdan heç biri ön sıralarda olmasa da, yığmamızın hər mənada öz qəhrəmanı var.

Qollar – Rauf Əliyev, Ruslan Abışov – hərəyə 1
Ötürmələr – Branimir Subaşiç, Cavid Hüseynov – hərəyə 1
Çərçivəyə zərbələr – Vaqif Cavadov – 4
Çərçivədən yan keçən zərbələr – Rauf Əliyev – 3
Qayda pozuntuları – Maksim Medvedev – 10
Qazanılan cərimə zərbələri – Vaqif Cavadov – 6
Sarı vərəqələr – Kamran Ağayev - 2