“Mən bunda Kaxaber Sxadadzeni günahkar görmürəm”
18.11.2012 - 11:11
“Şimali İrlandiya ilə oyunun çətin keçəcəyini bilirdik. Biz qələbə dalınca getmişdik və buna da çox yaxın idik”. Bu fikirləri apasport.az saytının Belfasta ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan milli komandasının qapıçısı Səlahət Ağayev deyib. Millimiz 2014-cü il dünya çempionatının seçmə mərhələsində Şimali İrlandiya yığması ilə hesabda 1:0 irəlidə olduğu səfər oyununda son saniyələrdə buraxdığı qolla 3 xalı qaçırdı.
Rəqibin cərimə zərbəsindən vurduğu qol həlledici oldu ki, bunda 22 yaşlı qapıçımızın uğursuz oyunu müzakirə obyektinə səbəb oldu. Belə ki, Ağayevin qurduğu “canlı sədd” işimizə yaramadığı nəticəsində top qapıçının əsas cavabdeh olduğu küncə getdi və o, zərbəyə reaksiya da göstərə bilmədi: “Qolda səhvim vardı, mən bunu danmıram. Ancaq belə olmağını istəməzdim. Hansı qapıçı istəyər ki, qapısından top buraxsın? Çalışacağam ki, növbəti oyunlarda daha yaxşı çıxış edim”.
Həmsoyadı Kamran Ağayevin cəza üzündən oynamadığı matçda qapının kimə etibar ediləcəyi maraq doğururdu. Səlahətin sözlərinə görə, Belfastdakı oyunda əsas heyətdə məhz özünün yer alacağını xeyli əvvəldən bilirmiş: “Biz hələ Bakıda yığışdığımız 2-ci gündə qapıçılarla işləyən məşqçimiz Uli Ştayn mənə demişdi ki, qapıda sən duracaqsan. Bu, həmin vaxt müəyyənləşmişdi. Əlbəttə, Kamran güclü qapıçıdır. Mənim buraxdığım qol olmasaydı belə, bu, faktdır ki, o, ölkəmizdə 1 nömrəli qapıçıdır”.
Səlahətin əsas yığmada möhkəmlənməyi üçün güclü klubda oynamağı vacibdir. O, yetirməsi olduğu “İnter”də əsas heyətə düşə bilmədiyindən, turnir cədvəlinin aşağılarında qərarlaşan “Sumqayıt”a icarəyə getməyi daha üstün tutdu: “Əlbəttə, güclü oynamağım yığmadakı karyerama da müsbət təsir göstərər. Mən “Sumqayıt”a icarəyə getdim və bunda “İnter”in baş məşqçisi Kaxaber Sxadadzeni günahkar görmürəm. Komandada təcrübəli qapıçı var – Georgi Lomaya. O, yaxşı qapıçıdır. Bu dəqiqə elə vaxt idi ki, qapıda Lomaya durmalı idi. Mən də ehtiyatda oturunca, oynamaq üçün başqa kluba icarəyə getməyi lazım bildim”.
Ağayev “İnter”də xeyli müddət ehtiyatda oturmağının mənfi fəsadlarını görüb: “Bir il ehtiyatda oturdum. Özüm də gördüm ki, geriləyirəm. Sxadadze də sağ olsun, mənə başa düşdü. Dedi ki, artıq oynamağının vaxtıdır. Özü məni çağırıb dedi ki, səni icarəyə veririk, get oyna. Özüm də bunu istəyirdim. Bu dəqiqə “Sumqayıt”da oynayıram, gələcəkdə necə olacağına baxarıq”.
Mehman SÜLEYMANOV

0
0