İrlandlar AFFA-dan pul istəyir
22.11.2012 - 15:17
Azərbaycan millisi cəzalana bilər. Apasport.az saytının məlumatına görə, Şimali İrlandiya Futbol Assosiasiyası DÇ-2014-ün seçmə mərhələsinin noyabrın 15-də Belfastda keçirilən oyununda baş verənlərlə bağlı AFFA-ya müraciət etmək qərarına gəlib.
Belə ki, 1:1 hesabı ilə başa çatan qarşılaşmadan sonra yığmamızın futbolçuları “Vindzor Park” stadionunda xoşagəlməz hərəkətlərə yol veriblər. Onların soyunub-geyinmə otağını pis vəziyyətə qoyması, skamyalardan birini sındırması isə britaniyalıları qəzəbləndirib. İrlandlar stadiona dəyən ziyanın ödənilməsini istəyirlər.
Qurumun marketinq və kommunikasiyalar üzrə departament rəisi Ceff Uilson məsələnin şişirdilməsini istəmir: “Biz ziyanı hesablayıb, bunun minimal olduğunu gördük. “Linfild” klubuna problemi həll etməyi tapşırdıq. Onlar görüləcək işlər və xərclərlə bağlı bizi məlumatlandıracaq. Bundan sonra təmir işlərinin smetasını AFFA-ya göndərəcəyik”.
Bu məsələ ilə bağlı AFFA-nın da mövqeyini öyrəndik. Ancaq assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu bu haqda onlarda xəbər olmadığını bildirdi.
Futbolçuların paltardəyişmə otağına hansısa ziyan vurmadığını söyləyən Nərimanoğlu qarşı tərəfin bu məsələ ilə bağlı AFFA-ya müraciət etmədiyini vurğulayıb.

0
0