“O, Azərbaycanla müqaviləsində bəzi məsələləri yoluna qoyur” - FOTO
26.11.2012 - 13:43
“90 faiz Veliçko Çolakov yenidən Bolqarıstan millisində çıxış edəcək. O dedi ki, Azərbaycanla müqaviləsində bəzi məsələləri yoluna qoyur”. Apasport.az saytının məlumatına görə, bunu ağır atletika üzrə Bolqarıstan millisinin məşqçisi İvan İvanov deyib.
Təcrübəli mütəxəssis Azərbaycan millisinin üzvü Veliçko Çolakovla görüşərək, onun gələcək karyerası ilə maraqlanıb. Onun sözlərinə görə, ölkəmizdən getdiyini açıqlayan atlet Bolqarıstan Ağır Atletika Federasiyasının baş katibi Borislav Gidikovla da məsələ barədə danışıb: “Biz səbirsizlə yanvarın 3-ü tarixini gözləyirik. Veliçko həmin vaxt yığmamızın düşərgəsinə qoşulacaq. Biz həmin vaxt Varnada Avropa çempionatına hazırlaşacağıq”.
Qeyd edək ki, yığmamızla 2014-cü ilədək müqaviləsi olan Çolakov Bolqarıstana gedəcəyi halda ən azı 1 il yarışlara qatıla bilməyəcək.

0
0