Yığmamız Parisə gedir
27.11.2012 - 13:54
Azərbaycan taekvondoçuları 2012-ci ilin son beynəlxalq turnirinə yollanırlar. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, baş məşqçi Məmməd Abdullayevin rəhbərlik etdiyi gənclərdən ibarət seçmə komandanın 5 üzvü Fransanın paytaxtında, “Paris Open” açıq beynəlxalq turnirində iştirak edəcək.
Dekabrın 1-2-də baş tutacaq yarışda idmançılarımızdan Babək Əjdərli (48 kq), Əli Axundov (55 kq), Ayxan Tağızadə (63 kq), Səid Quliyev (73 kq) və Elnur Məhərrəmov (+73 kq) mübarizə aparacaq.
Turnir olimpiya çəki dərəcələrində keçiriləcək. Noyabrın 29-da Parisə yola düşəcək taekvondoçularımız, dekabrın 4-də vətənə dönəcəklər.

- APA 22 YAŞINDA!
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
0
0