Azərbaycandan imtina etdi, Bolqarıstanda hədiyyə qazandı
29.11.2012 - 10:41
Azərbaycanın ağırlıqqaldırma üzrə milli komandasından imtina edən Veliçko Çolakovun vətəni Bolqarıstana qayıtması mükafatsız qalmayıb. Apasport.az saytının məlumatına görə, Afina Olimpiadasının bürünc mükafatçısına doğulub boya-başa çatdığı Smolyan şəhərinin yerli bələdiyyəsinin qərarı ilə 340 kv m-lik torpaq sahəsi hədiyyə olunub.
Bunu ictimaiyyətə onun vəkili Filip Topov açıqlayıb. Onun sözlərinə görə, Çolakovdan aldıqları məktub əsasında Smolyan şəhər meri Nikolay Melemov qərar çıxarıb. Bu həmçinin, Veliçkonun yenidən Bolqarıstan yığmasının şərəfini qoruması ilə əlaqələndirilir. Bildirilir ki, bu həm idmançı, həm də dövlət üçün yaxşı stimul olacaq.
Məsələyə münasibətini açıqlayan Veliçko hədiyyənin onun üçün gözlənilməz olduğunu deyib: “Mən təəccübləndim. Uzun müddət bu haqda fikirləşirdim. Arzum elə də böyük olmayan həyətimin olması idi ki, bu çin oldu”.
Qeyd edək ki, Çolakovun 2014-cü ilə kimi Azərbaycan yığması ilə müqaviləsi hələ qüvvədədir.

- APA 22 YAŞINDA!
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
0
0