Skolari yenidən Braziliya millisinə baş məşqçi təyin olundu
29.11.2012 - 11:00
Skolari yenidən Braziliya millisinə baş məşqçi təyin olundu
Luis Felipe Skolari futbol üzrə Braziliya milli komandasına yeni baş məşqçi təyin olunub. Lent.az-ın məlumatına görə, bu barədə Braziliya Futbol Konfederasiyasına (CBF) yaxın mənbəyə istinadən “Reuters” agentliyi xəbər yayıb.

Skolari noyabrın 23-də istefaya göndərilmiş Mano Menezesi əvəzləyib. Onun təyinatı bu gün rəsmən açıqlanacaq.

Qeyd edək ki, Luis Felipe Skolari Braziliya milli komandasına 2002-ci ildə dünya çempionluğu qazandırıb. Bu, 5-ci dünya çempionluğu olsa da, “sambaçılar” növbəti 2 mundialda mükafatçılar sırasına düşə bilməyiblər. 2014-cü il dünya çempionatı isə məhz Braziliyada təşkil olunacaq.