Yığmamız Eylatda
29.11.2012 - 11:39
Bu gün İsrailin Eylat şəhərində ağır atletika üzrə Avropa birinciliyi start götürəcək. Apasport.az saytının məlumatına görə, dekabrın 9-dək davam edəcək yarışda Azərbaycan yığması 2 yaş qrupunda qüvvəsini sınayacaq.
20 yaşa qədər atletlərin mübarizəsində Firidun Quliyev (69 kq), Nicat Rəhimov (77 kq), Kamran İsmayılov (85 kq) və Nailxan Nəbiyev (94 kq) idman şərəfini qoruyacaq. 23 yaşa qədər ağırlıqqaldıranlar arasında isə Rauf Nəbiyevlə (62 kq) Orxan Əliqulizadə (85 kq) bacarığını nümayış etdirəcək.
Qeyd edək ki, Avropa birinciliyində Azərbaycanı hakim qismində Rizvan Rəsulov təmsil edir.

- APA 22 YAŞINDA!
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
0
0