Rüfət Dadaşov milliyə məyus gəlib
03.12.2012 - 12:41
Bu gün saat 10:30-da millinin “Bayıl Arena”da seleksiya xarakterli təlim-məşq toplanışı start götürüb. Apasport.az saytının məlumatına görə, “Kayzerslautern”in ikinci komandasından yığmaya dəvət alan Rüfət Dadaşov da toplanışa qatılıb.
Ancaq o, düşərgəyə məyus gəlib. Belə ki, Rüfət son turda çıxış etdiyi “Kayzerslautern”in “Vormatiya” ilə oyununda sonacan ehtiyatda qalıb. Qarşılaşmaya gəlincə, hesabı 2-ci dəqiqədə Dadaşovun komandası açsa da, Vorms təmsilçisi tarazlığı bərpa edib – 1:1.
Qeyd edək ki, bu turdan sonra “Kayzerslautern” xalını 28-ə yüksəldərək 7-ci pilləyə qalxıb. Rüfətin komandası 6 oyundur ki, rəqiblərinə yenilmir.

- APA 22 YAŞINDA!
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
0
0