Avropa çempionatına medalla başladıq
04.12.2012 - 10:07
Avropa çempionatına medalla başladıq
İsrailin Eylat şəhərində keçirilən yaşı 20 və 23-ə qədər olan ağır atletlər arasında Avropa çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, yarışa 6 idmançı ilə qatılan Azərbaycan millisinin ilk idmançısı - Rauf Nəbiyev körpücük üzərinə çıxıb.

U-23-lərin mübarizəsində 62 kq çəki dərəcəsində qüvvəsini sınayan həmyerlimiz birdən qaldırma hərəkətinə uğurla başlasa da, sonrakı iki cəhdi yaxşı alınmayıb. Nəticədə Rauf bu hərəkəti 111 kq-la 4-cü pillədə başa vurub.

Nəbiyevin təkanla qaldırma hərəkətindəki çıxışı daha gözəl alınıb. O əvvəlcə 135 kq, ardından 142 kq, daha sonra isə 148 kq uğurla başı üzərinə qaldırıb. Bu çəki ona təkanla qaldırma hərəkətində 3-cü yeri tutaraq, “kiçik” bürünc medal qazanmaq imkanı verib.

Toplamda 259 kq (111 kq + 148 kq) nəticə göstərən idmançımız ümumi sıralamada isə 4-cü pilləni tutub.