İstanbul klubu Kuarejmadan canını qurtarır
05.12.2012 - 03:02
İstanbul klubu Kuarejmadan canını qurtarır
“Beşiktaş”ın başı bəlalı futbolçusu Rikardo Kuarejma özünə yeni klub tapıb. Apasport.az saytının məlumatına görə, Fransa mətbuatı portuqaliyalı futbolçunun “Marsel”la anlaşdığını gündəmə gətirib.

İlk dövrənin başa çatmasından sonra İstanbul klubdan Kuarejmanı transfer edəcək Fransa təmsilçisi, yarımmüdafiəçi ilə 1.5 illik müqavilə bağlayacaq. Futbolçunun özünə isə “Marsel”, ayda 180 min avro ödəyəcək.

Qeyd edək ki, “Beşiktaş” rəhbərliyi mövsümün əvvəlində Rikardo Kuarejmanın aldığı maaşı endirmək istəyib. Bununla razılaşmayan portuqaliyalı komandanın heyətindən uzaqlaşdırılıb.