Olimpiya çempionumuz 5-ci yerə çıxdı
06.12.2012 - 01:17
Olimpiya çempionumuz 5-ci yerə çıxdı
İsrailin Eylat şəhərində keçirilən yaşı 20-yə və 23-ə qədər olan ağır atletlər arasında Avropa Birinciliyi davam edir. Apasport.az saytının məlumatına görə, yarışın növbəti günündə yeniyetmələr üzrə ilk Olimpiya çempionumuz Nicat Rəhimov, yaşı 20-yə qədər olan idmançılar arasında körpücük üzərinə çıxıb.

Təəssüf ki, 77 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 5-ci yeri tutub.

Turnirdə daha bir yaşı 20-yə qədər olan atletimiz Kamran İsmayılovda qüvvəsini sınayıb. 85 kq çəki dərəcəsində mübarizə aparan idmançımız B qrupunda yarışıb. İsmayılov birdən qaldırmada 142 kq, təkanla qaldırmada isə 166 kq ram edərək 3-cü yeri yerə layiq görülüb.