Dieqo “Fənərbaxça” yolunda
08.12.2012 - 06:24
Dieqo “Fənərbaxça” yolunda
Həm Superliqanı həm də Avropa Liqasını hədəfinə alan “Fənərbaxça” yanvar ayında səs-küylü transferə hazırlaşır. Apasport.az saytının məlumatına görə, Aleksin gedişindən sonra komandanın yarımmüdafiə xəttində boşluqların yaranmasını düşünən baş məşqçi Aykut Kocaman, “Volfsburq”da çıxış edən Dieqonu komandasına gətirməyi planlaşdırır.

Türkiyə mətbuatı Braziliya milli komandasının da formasını geyinmiş və ötən mövsüm “Atletiko”da icarə əsasında çıxış edən Dieqonun transferinin 90 faiz həll olunduğu bildirilir.

Qeyd edək ki, Dieqo bu mövsüm “Volfsburq”da 16 dəfə meydana çıxaraq rəqib qapılarına 5 top vurub.