Sonuncu gün medal olmadı
08.12.2012 - 10:32
Azərbaycan millisinin İsrailin Eylat şəhərində keçirilən yaşı 20-yə və 23-ə qədər olan ağır atletlər arasında Avropa birinciliyindəki çıxışlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, idmançılarımızdan sonuncu olaraq körpücük üzərinə Orxan Əliquluzadə çıxıb. O, yaşı 23-ə qədər olan atletlər arasında, 85 kq çəki dərəcəsində mübarizə aparıb.
İdmançımız yarışa yaxşı başlayıb. Birdən qaldırma hərəkətində hər 3 yanaşmasını uğurlu edən Orxan, ardıcıl olaraq 142, 147 və 151 kq-ı başı üzərinə qaldırıb. Bu çəki ona bu hərəkətdə 5-ci olmaq imkanı verib.
Təkanla qaldırma isə Əliquluzadə üçün uğursuz alınıb. İki yanaşmada 181 kq, daha sonra isə 183 kq-ı qaldıra bilməyən Orxan bu hərəkəti və ümumilikdə yarışı “sıfır” nəticə ilə başa vurub.
Qeyd edək ki, yarışda millimizin üzvlərindən Firudin Quliyev (69 kq) Avropa çempionu adına yiyələnib. Rauf Nəbiyevlə (62 kq) Nailxan Nəbiyev (94 kq) isə “kiçik” bürünc medal qazanıblar.

0
0