Azərbaycan prezidenti Ümumdünya Ağır Atletika Federasiyasının prezidentini qəbul edib
11.12.2012 - 17:44
Azərbaycan prezidenti İlham Əliyev Ümumdünya Ağır Atletika Federasiyasının prezidenti Tomaş Ayanı qəbul edib. APA-nın məlumatına görə, Ümumdünya Ağır Atletika Federasiyasının prezidenti Tomaş Ayan rəhbərlik etdiyi Federasiyanın növbəti konqresinin Bakıda keçirilməsi barədə qərar qəbul olunduğunu deyib və bu konqresin əhəmiyyətini vurğulayıb. Konqresdə 100-dən çox ölkənin təmsil olunacağını deyən Tomaş Ayan tədbirdən sonra 25 ölkədən olan idmançıların iştirakı ilə yarışların keçiriləcəyini də bildirib.
Dövlət başçısı Ümumdünya Ağır Atletika Federasiyasının prezidenti Tomaş Ayanla XXX London Yay Olimpiya Oyunları zamanı görüşünü məmnunluqla xatırlayıb. Prezident İlham Əliyev Ümumdünya Ağır Atletika Federasiyasının növbəti konqresinin Bakıda keçirilməsinin önəmini qeyd edib.
Görüşdə Azərbaycanda idmanın bütün növlərinin, o cümlədən ağır atletikanın inkişafına göstərilən yüksək dövlət qayğısından danışılıb, Azərbaycan idmançılarının nüfuzlu beynəlxalq yarışlarda əldə etdikləri uğurların önəmi qeyd olunub, ölkəmizin Ümumdünya Ağır Atletika Federasiyası ilə əməkdaşlığının bundan sonra da genişlənəcəyinə əminlik ifadə edilib.

0
0