Millimizin rəqibi Ekvadorla qarşılaşacaq
13.12.2012 - 15:22
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandası ilə eyni qrupda mübarizə aparan Portuqaliya yığmasının növbəti rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, pireneylilər fevralın 6-da Ekvadorla görüşəcəklər.
Portuqaliyada baş tutacaq görüşün hansı şəhər və stadionda keçiriləcəyi hələ dəqiqləşməyib. Bu matç Paulu Bentunun yetirmələrinin millimizlə oyun öncəsi son yoxlama matçı olacaq.
Belə ki, rəqibimiz artıq martda 2 qarşılaşmaya çıxacaq. Martın 22-də İsrail, 4 gün sonra isə millimiz Kriştianu Ronaldo və yoldaşları qarşısında imtahana çıxacaq.
Qeyd edək ki, Portuqaliya martdakı hər 2 oyununu səfərdə keçirəcək.

0
0