Natalya Məmmədova Bakıdan “31”lə qayıtdı - FOTO
14.12.2012 - 10:00
Natalya Məmmədova Bakıdan “31”lə qayıtdı - FOTO
CEV kubokunun 1/4 final mərhələsinin cavab matçında “Bakı-Azəryol” (Azərbaycan) – “Omiçka” (Rusiya) matçının qəhrəmanının adı məlum olub. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisinin 1:3 hesabı ilə uduzduğu görüşün bombardiri Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədova olub.

Rəqibin formasını geyinən hücumçumuz nə az, nə çox – 31 xal toplayıb. “Bakı-Azəryol”un heyətində isə Odina Əliyeva daha məhsuldar olub. Lakin o, millidəki komanda yoldaşından təxminən 2 dəfə az xala sevinib – 16.

Aleksandr Çervyakovun digər yetirmələrinə gəlincə, Olqa Erqardt 9, Yelena Parxomenko 7, Cennifer Tamasla Vendula Adlerova hərəyə 5, Hiroko Matsuura 2 və Anastasiya Qurbanova rəqibdən 1 xal ala bilib.

Qeyd edək ki, hər 2 oyunda “Omiçka”ya 1:3 hesabı ilə uduzan “Bakı-Azəryol” CEV kuboku ilə vidalaşıb.