Atletlərimiz Beynəlxalq Kubokda iki medal qazandılar
15.12.2012 - 02:53
Atletlərimiz Beynəlxalq Kubokda iki medal qazandılar
Dünən paytaxtımızda ağır atletika üzrə IWF Grand Prix – “Bakı Beynəlxalq Kuboku”na start verilib. Apasport.az saytının məlumatına görə, təmsilçilərimizdən Zülfüqar Süleymanov və Valentin Xristov 62 kq çəki dərəcəsində A qrupunda medallar uğrunda mübarizə aparıblar. Hər iki atletimiz yarışda uğurla çıxış edərək medalçılar sırasında yer alıb.

London Olimpiya Oyunlarında 56 kq çəki dərəcəsində bürünc medal qazanan Xristov bu dəfə daha ağır çəkidə çıxış edib. Buna baxmayaraq, gənc atlet bütün rəqiblərini üstələyərək qızıl medallara sahib çıxıb. O, toplam 302 kq (132 kq + 170 kq) çəki ilə ən yaxın izləyicisini 20 kq qabaqlayıb. 2-ci yeri tutan türkmənistanlı Umurbek Bazarbayev 282 kq (130 kq + 152 kq) nəticə göstərərək gümüş medal qazanıb.

3-cü yeri isə təcrübəli idmançımız Zülfüqar Süleymanov tutub. O, təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edərək toplamda 280 kq-la (122 kq + 158 kq) bürünc medallara sahib çıxıb.

Qeyd edək ki, B qrupunda qızıl medala polşalı idmançı qazanıb. (242 kq)
Sonrakı yerləri müvafiq olaraq, 235 kq-la (100 kq + 135 kq) çilili Fransisko Barrera və 214 kq-la (101 kq + 113 kq) serbiyalı Stefan Stevanoviç tutub.