Arzuları ürəklərində qaldı...
17.12.2012 - 12:20
Beynəlxalq Ağır Atletika Federasiyasının Bakıda keçirilən konqresi işini yekunlaşdırıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının üzvləri – Boyanka Kostova, İvan Stotsov və Veliçko Çolakovun böyük ümidlər bəslədiyi toplantı onların arzuladıqları nəticəni verməyib.
Belə ki, yığmamızdan imtina edən bolqarıstanlı legionerlər doğma komandalarının şərəfini qorumaqla bağlı bəndin dəyişəcəyinə ümid edirdilər. Məsələ ondadır ki, indiki qaydalara əsasən vətəndaşlığını dəyişən atlet 4 il millisində çıxış edə bilməz. Millimiz yenidən Bolqarıstana qayıtmaq arzusunda olan ağırlıqqaldıranları məhz bu bəndin şərtlərinin yumşaldılacağına bel bağlayırdı. Lakin konqres bunu dəyişməz saxlayıb və onlara icazə verməyib. Bu isə hər atletlərin vətənlərinə dönəcəkləri halda növbəti Olimpiadaya yolunu bağlayacaq. Yalnız Azərbaycan bayrağı altında çıxış etmən Stoitsov istisna təşkil edir.
Qeyd edək ki, Kostova və Çolakov London Olimpiadasında Azərbaycan millisinin heyətində yer alsa da, sonuncu zədə səbəbindən podiuma çıxmamışdı. Stoitsov isə daha öncədən zədələndiyi üçün Londona aparılmamışdı.

0
0