Azərbaycan – Portuqaliya oyununun başlanma saatı müəyyənləşdi
18.12.2012 - 17:20
Azərbaycan – Portuqaliya oyununun başlanma saatı müəyyənləşdi
Azərbaycan milli komandasının 2014-cü ildə Braziliyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti ev oyununun başlanma saatı və keçiriləcək stadion müəyyənləşib. Apasport.az saytının məlumatına görə, millimiz Portuqaliya yığması ilə 2013-cü il martın 26-da olacaq matçını gözlənildiyi kimi Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək. Matç saat 21:00-da başlayacaq.