Olimpiya çempionu olmuş 3 idmançıya prezidentin xüsusi Olimpiya təqaüdləri veriləcək
18.12.2012 - 20:12
Olimpiya çempionu olmuş 3 idmançıya prezidentin xüsusi Olimpiya təqaüdləri veriləcək
Prezident İlham Əliyev Olimpiya oyunları çempionlarına Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdlərinin verilməsi haqqında sərəncam imzalayıb. APA-nın xəbərinə görə, Azərbaycanın aşağıdakı Olimpiya oyunları çempionlarına Azərbaycan Respublikası Prezidentinin xüsusi Olimpiya təqaüdləri veriləcək:

Belenki Valeri Vladimiroviç
Əsgərov Toğrul Şəhriyar oğlu
Şərifov Şərif Naibqadjavoviç.