Türkiyə yığmasının atleti cəzalandırıldı
19.12.2012 - 02:16
Türkiyə yığmasının atleti cəzalandırıldı
Türkiyənin uzunluğa tullanma üzrə atleti Karin Melis Mey Beynəlxalq Atletika Federasiyası tərəfindən cəzalandırılıb. Apasport.az saytının məlumatına görə, Cənubi Afrika əsilli atlet 2 il yarışlarından uzaqlaşdırılıb.

Belə ki, Melis Helsinkidə təşkil edilən Avropa çempionatında dopinq testindən keçən zaman onun qanında qadağan edilmiş dərman aşkarlanmışdır.

Qitə birinciliyində istəmədiyi hadisə ilə üzləşən Karin, daha sonra zədəsini bəhanə gətirərək London Olimpiya Oyunlarına yollanmaqdan boyun qaçırmışdır. Bu dəfə dopinq testinin cavabı müsbət çıxdığından, Melisə 2 il cəza verilib.

Qeyd edək ki, Karin Melis Meyin cəzasının müddəti 2014-cü ilin avqust ayının 7-də başa çatacaq.