Bakı “İnter”inə təklif olunan futbolçu psix çıxdı
20.12.2012 - 10:54
Bakı “İnter”inə təklif olunan futbolçu psix çıxdı
Menecerlər tərəfindən Bakının “İnter” klubuna çoxlu sayda futbolçu təklif olunub. Apasport.az saytının məlumatına görə, bunlardan biri də albaniyalı Fatyon Sefadır.

İyulun 23-də 28 yaşını tamamlamış olan Sefa ölkəsində “Luşnya”, “Şkumbini”, Tirana “Dinamo”su, “Besa” və “Tomori”nin şərəfini qoruyub. Ancaq araşdırma apararkən məlum olur ki, ölkəsində bu futbolçunun karyerasından çox, şəxsi həyatı gündəmdə olub.

Belə ki, Sefanın aktyorluq qabiliyyəti də varmış. O özünün “Karri paradoksu” adlı komediya şousunda rol oynayıb. Ancaq tezliklə Fatyon bundan bezib. O, həyatında yenilik etmək üçün Fransa xardalı, ərik və Tayvan piroqu satmağa başlayıb.

Futbolçunun əməlləri bununla kifayətlənsəydi, dərd yarı idi. Tezliklə, onun başında çatışmamazlıq olduğu hiss olunub. Belə ki, Sefa evdə iki pişiyi yeməklə dünya şöhrətli psixə çevrilib.