Yeniyetmələrimiz Ukraynada mübarizə aparacaq
24.12.2012 - 20:31
Dekabrın 25-26-da Ukraynanın Brovarı şəhərində Ümummilli lider Heydər Əliyevin xatirəsinə və Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş sərbəst güləş üzrə yeniyetmələr arasında IV beynəlxalq turnir keçiriləcək. Apasport.az saytının məlumatına görə, yeniyetmələrdən ibarət yığma komandanın üzvləri dəvətə əsasən, bu mötəbər beynəlxalq turnirdə mütəmadi olaraq iştirak edirlər.
Komandanın məşqçisi Vahid Məmmədovun rəhbərliyi altında turnirə Vasif Niyazlı (42 kq), Orxan Abbasov (46 kq), Əfqan Xaşalov (50 kq), Ruslan Abdullayev (58 kq) və İqbal Hacızadə (100 kq) yollanıb.
Komandanın məşqçisi Vahid Məmmədovun rəhbərliyi altında turnirə Vasif Niyazlı (42 kq), Orxan Abbasov (46 kq), Əfqan Xaşalov (50 kq), Ruslan Abdullayev (58 kq) və İqbal Hacızadə (100 kq) yollanıb.
- APA 22 YAŞINDA!
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
0
0