Yığmamızın baş məşqçisi istefaya göndərildi
26.12.2012 - 15:06
Akademik avarçəkmə üzrə Azərbaycan milli komandasının baş məşqçisi Rudiger Hauffe istefaya göndərilib. Bu haqda Lent.az-a Hauffenin özü məlumat verib.
Almaniyalı mütəxəssis öz “Facebook” ünvanından göndərdiyi mesajda gələn il ölkəmizdə olmayacağından təəssüfləndiyini bildirib: “Azərbaycan Milli Avarçəkmə Federasiyası ilə müqavilə müddətim başa çatıb. Artıq ölkənizdə çalışmayacağım dəqiqdir”.
Qeyd edək ki, Rudiger Hauffe Azərbaycan millisinə 2008-ci ilin sentyabrından baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında akademik avarçəkənlərimiz bir sıra nüfuzlu yarışlarda uğurlu çıxış ediblər. Eyni zamanda Aleksandr Aleksandrov və Nataliya Mustafayeva 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazanıblar. Aleksandrov olimpiadada 5-ci, Mustafayeva 12-ci yeri tutub.

- APA 22 YAŞINDA!
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
0
0