Azərbaycanlı atletin “ay-ulduzlu” formanı geyinəcəyi tarix açıqlandı
26.12.2012 - 18:31
Azərbaycan yığmasından imtina edən atlet Ramil Quliyevin Türkiyə millisində debütünün vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, “Fənərbaxça” klubunun şərəfini qoruyan idmançımız aprel ayında “ay-ulduzlu” formanı geyinəcək.
Bunu Türkiyə Atletika Federasiyasının prezidenti Mehmet Terzi açıqlayıb. Onun sözlərinə görə, apreldən Quliyev Super Liqada və dünya çempionatında türk atleti kimi iştiraka start verəcək: “100 və 200 m məsafələrə qaçışda Türkiyəni Ramil təmsil edəcək. Artıq məşqçisi ilə birgə 3 ildir ölkəmizdə yaşayırlar”.
Qeyd edək ki, Quliyev 2011-ci il aprelin 5-də Türkiyə vətəndaşlığını qəbul edib və İAAF-ın qaydalarına əsasən 3 il Azərbaycanın icazəsi olmadan Türkiyəni təmsil edə bilməz.

0
0