Roman Şirokov “Neftçi”ni MDB çempionatında görmək istəyir
27.12.2012 - 14:28
Rusiya yığmasının futbolçusu Roman Şirokov MDV çempionatında Azərbaycan komandasını görmək istəyir. Apasport.az saytının məlumatına görə, “Zenit”in yarımmüdafiəçisi “Neftçi”nin orada çıxış etməli olduğunu düşünür.
Şirokovun fikrincə, avrokuboklarda qrup mərhələsinə düşən komanda postsovet məkanında ən güclülərin yarışına qatılmalıdır: “İndi MDB çempionatı haqda çox söhbətlər gəzir. Deyirlər ki, bu, realdır. Ciddi insanlar elə-belə təşəbbüs göstərmir. Ancaq mən hələ təsəvvür etmirəm ki, bu turnirə keçid necə ola bilər. Çempionlar Liqasında yerlər necə olacaq? “Mordoviya” tipli komanda hara gedəcək? Belə suallar çoxdur. Bunlar cavablardan çoxdur. Rusiyadan 7, Ukraynadan 4 komanda və digər ölkələrdən hərəyə 1 komanda: “Neftçi”, BATE və sair. Fikrimcə, bu formada olarsa, insanların xoşuna gələr”.
Qeyd edək ki, Rusiya millisi Azərbaycan yığması ilə oktyabrda Moskvada keçirilən rəsmi oyunun sonunda məhz Şikokovun penaltidən vurduğu qolla 1:0 hesabı ilə qalib gəlib.

0
0