“Fənərbaxça” "Arsenal"dan hücumçu alır
04.01.2013 - 12:09
“Fənərbaxça” "Arsenal"dan hücumçu alır
"Arsenal"ın hücumçusu Maryan Şamah karyerasını “Fənərbaxça”da davam etdirə bilər. Lent.az-ın məlumatına görə, türklər futbolçunun transferi üçün danışıqlara başlamağa hazırdır. Məlumatda Şamahın da "Fənərbaxça"nın təklifini müsbət qarşıladığı bildirilir.

Qeyd edək ki, Şamah son klubunda 40 oyunda 8 qola imza atıb.