Dünya çempionatına çıx, 2850 dollar qazan!
09.01.2013 - 10:50
FİFA 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatında iştirak edən futbolçuların oynadıqları klublara hər gününə görə 2850 dollar pul verəcək. Apasport.az saytının məlumatına görə, ödənişlər açılış oyununa 2 həftə qalmışdan futbolçunun turnirdə son oyununa qədər ediləcək.
2010-cu ildə Cənubi Afrika Respublikasında keçirilən final mərhələsində hər futbolçu 1600 dolar aldığını nəzərə alsaq, artım olub.
Qeyd edək ki, Azərbaycan millisi Braziliyadakı dünya çempionatı çıxmaq uğrunda mübarizə apardığı qrupda 4 oyundan sonra 2 xalı var.

0
0