“Dakar” rallisinin beşinci mərhələsi başa çatdı
10.01.2013 - 05:28
Peruda davam edən “Dakar” rallisinin avtomobil üzrə beşinci mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, 34-cüsü keçirilən yarışın bu mərhələsinin qalibi İspaniyalı pilot Nani Roma olub.
O, 172 km məsafəni 1 saat 49 dəqiqə 40 saniyəyə qət edərək bütün rəqiblərini qabaqlayıb.
İkinci yeri Romadan 1 dəqiqə 23 saniyə gec gələn Fransanın “Monster X-Raid” komandasının üzvü Stepan Peterhansel tutub. Üçüncü isə amerikalı pilot Robbi Qordan olub. “Qordan” komandasının sürücüsü yarışı lider Nanidən 1 dəqiqə 41 saniyə gec tamamlayıb.
Beləliklə, beşinci mərhələdən sonra ümumi sıralama belədir:
1. Stepan Peterhansel (Fransa)
10:55:32
2. Nasser Əl-Attiyah (Qətər)
+9:54
3. Qiniel De Villiers (Cənubi Afrika)
+33:50

0
0