London-2012-nin Təşkilat Komitəsinin rəhbəri Azərbaycana gəlib
21.01.2013 - 11:45
Böyük Britaniya Olimpiya Assosiasiyasının rəhbəri Lord Sebastian Koe bu gün Bakıya gəlib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, birgünlük səfər çərçivəsində britaniyalı qonaq Bakı Olimpiya Kompleksində Beynəlxalq İdman Həyəcanı Proqramının irsinin davamçısı olan “İnkişaf Naminə İdman” İB-nin Azərbaycan Atletika Federasiyası ilə birgə təşkil etdiyi məşq prosesinə baş çəkəcək və tədbir iştirakçıları ilə görüşəcək.
Qeyd edək ki, Lord Sebastian Koe 2012-ci il London Yay Olimpiya Oyunlarının təşkilat komitəsinə rəhbərlik edib.
Qeyd edək ki, Lord Sebastian Koe 2012-ci il London Yay Olimpiya Oyunlarının təşkilat komitəsinə rəhbərlik edib.
0
0