CAR-dan yığmamıza 7 cavabsız qol
27.01.2013 - 11:00
Azərbaycanın qadın otüstü hokkeyçilərdən ibarət milli komandası Cənubi Afrika Respublikasının (CAR) paytaxtı Keyptaunda keçirilən Dünya Liqasının II raundunda üçüncü matçına çıxıb. Apasport.az saytının məlumatına görə, ilk turda Qana yığmasına 4:0, ardınca Avstriya millisinə 2:1 hesabı ilə qalib gələn komandamız bu dəfə ev sahibləri ilə qüvvəsini sınayıb.
Oyun hokkeyçilərimiz üçün uğursuz alınıb və CAR təmsilçimizin qapısından 7 cavabsız qol keçirib. Məğlubiyyət isə yığmamızın 3-cü pilləyə enməsi ilə nəticələnib. Üçüncü görüşdə qalib gələn CAR 9 xalla vahid liderliyə yüksəlib. İkinci yerdə qərarlaşan Belçika millisinin 6 xalı olsa da, Azərbaycanı top fərqinə görə qabaqlayır.
Qeyd edək ki, növbəti matçında komandamız məhz Belçika ilə qarşılaşacaq. Mərhələ adlamaq üçün yığmamıza qələbə vacibdir.

0
0