Yığmamızın kapitanının əvəzləyicisi bəllidir
27.01.2013 - 15:37
“Bakı-Azəryol” heyətini 2 voleybolçu ilə gücləndirib. Apasport.az saytının məlumatına görə, CEV kuboku ilə vidalaşan, Super Liqada işləri qaydasında getməyən komanda amerikalı Qvendolin Rukerlə kubalı Yuside Sillieni heyətinə qatıb. Hər 2 oyunçu ilə mövsümün sonuna kimi müqavilə bağlanıb.
Qeyd edək ki, Sillie yığmasının əsas toppaylayıcısıdır və o, komandadan ayrılan Natəvan Qasımovanın əvəzinə transfer olunub. Oksana Parxomenkonun yoxluğunda yığmamızın kapitanı olan voleybolçu isə hələ klubsuzdur.

0
0