Ağır atletlər mübarizəyə başlayır
30.01.2013 - 11:38
Sabah ağır atletika üzrə Azərbaycan birinciliyinə start veriləcək. Apasport.az saytının məlumatına görə, fevralın 2-dək keçiriləcək yarışda 1996-98-ci il təvəllüdlü, həmçinin 1999-cü il və daha kiçik yaşlı yeniyetmələr qüvvəsini sınayacaq.
Gənclər və İdman Nazırlıyinin dəstəyi ilə baş tutacaq Azərbaycan birinciliyində Bakı və respublikanın bütün regionlarında fəaliyyət göstərən idman cəmiyyətlərinin və idman klublarının 200-dək yetirməsinin iştirakı nəzərdə tutulur. 1996-98 ci il təvəllüdlü, 1999-cü il və daha kiçik yaşlı yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyinin qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.
Qeyd edək ki, yarışlar Bakı Milli Aviasiya Akademiyasının İdman Kompleksində keçiriləcək.

0
0