Yığmamız Ukraynada 3 bürünclə qayıdır
08.02.2013 - 14:45
Yığmamız Ukraynada 3 bürünclə qayıdır
Ukraynanın Krivoy-Roq şəhərində güləş üzrə yeniyetmə qızlar arasında keçirilən ənənəvi beynəlxalq turnir başa çatıb. Güləş Federasiyasından apasport.az saytına verilən məlumata görə, milli komandamız yarışı 3 bürünc medalla başa vurub.

Medal qazanan güləşçilərimiz Ülkər Babayeva (37 kq), Şəbnəm Əhmədova və Səbinə Həmzəzadə (hər ikisi 48 kq) olub.