Fabio Kapello köməkçisini Bakıya göndərəcək
12.02.2013 - 12:30
Rusiya milli komandasının məşqçisi Nikola Bertoni Azərbaycana səfər edəcək. Apasport.az saytının məlumatına görə, italiyalı baş məşqçi Fabio Kapellonun köməkçisi olan həmyerlisi 2014-cü il dünya çempionatının seçmə mərhələsində martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Portuqaliya oyununu izləməyə gələcək.
Şimal qonşularımız F qrupunda mübarizədə əsas rəqibi olan Portuqaliya millisinin oyununu diqqətdə saxlayır. Bu üzdən Rusiya Futbol İttifaqı italiyalı mütəxəssisi Bakıya ezam edəcək.
Mənbə: affa.az
Şimal qonşularımız F qrupunda mübarizədə əsas rəqibi olan Portuqaliya millisinin oyununu diqqətdə saxlayır. Bu üzdən Rusiya Futbol İttifaqı italiyalı mütəxəssisi Bakıya ezam edəcək.
Mənbə: affa.az
- APA 22 YAŞINDA!
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
0
0