Azərbaycan çempionatının keçirilmə tarixi bilindi
14.02.2013 - 17:04
Fevralın 19-dan-21-dək Bakı Ağır Atletika Akademiyasında kişilər və qadınlar arasında Azərbaycan çempionatı keçiriləcək. Apasport.az saytının məlumatına görə, yarışda Bakı və respublikanın bütün rayonlarında fəaliyyət göstərən idman klubları və cəmiyyətlərindən 100-dək atletin iştirakı gözlənilir.
Çempionat Beynəlxalq Ağır Atletika Federasiyası tərəfindən təsdiq olunmuş mövcud qaydalara əsasən, kişilər arasında 56, 62, 69, 77, 85, 94, 105, +105, qadınlar arasında 48, 53, 58, 63, 69,75, +75 kq çəki dərəcələrində keçiriləcək. Çempionatda yığmamızın üzvlərinin iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, yarışlar fevralın 19-da, saat 14.00-da başlayacaq. Açılış mərasimi 14.30-da keçiriləcək.

0
0