Azərbaycana qaçan idmançı İnterpola verilir
21.02.2013 - 16:24
Azərbaycana qaçan idmançı İnterpola verilir
London Yay Olimpiya Oyunlarının ağırlıqqaldırma yarışlarında bürünc medal qazanmış Kristina Yovunun Azərbaycana gəlməsi vətəni Moldovada böyük rezonans doğurub. Apasport.az saytının məlumatına görə, ölkəsinə qayıtmaqdan imtina edən xanım idmançı ilə bağlı xidmti araşdırmaya başlanılıb.

20 yaşlı Kristina sərhəd polisidir, gizir rütbəsini daşıyır.

Moldova Olimpiya Komitəsinin prezidenti Nikolay Juravski bildirib ki, bu ilin yanvarın 1-də təlim-məşq toplanışı məqsədilə Bakıya yollanmış Yovu 1 aydan sonra Moldovaya qayıtmalı imiş.

Amma onun vətənə dönüşü hələ reallaşmayıb: “Bilmək istədiyimiz odur ki, Kristina fərarilik edir, yoxsa müvəqqəti gedib? Fikrimcə, yaxın vaxtlarda Moldovaya qayıtmasa, bu işlə İnterpol məşğul olacaq. Kristina beynəlxalq axtarışa veriləcək. O, hərbçidir və başqa ölkədə qalmağa icazəsi yoxdur”.

Qeyd edək ki, Yovu ötən ilin aprelində Antalyada keçirilən Avropa çempionatında 53 kq-da qızıl medal qazanıb. Ardından Yay Olimpiya Oyunlarında 2 hərəkətin cəmində 219 kq ağırlığı başı üzərinə qaldırmaqla, bürünc medala sahib çıxıb.