Azərbaycan yığması İranda etiraz aksiyasına qoşuldu - FOTO - VİDEO
22.02.2013 - 12:45
İranın paytaxtı Tehranda keçirilən sərbəst güləş üzrə Dünya Kubokunun gedişi zamanı qeyri-adi hadisə baş verib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi ilə yanaşı 10 ölkədən olan yarış iştirakçıları Beynəlxalq Olimpiya Komitəsinin (BOK) güləşin Olimpiadadan çıxarılması ilə bağlı tövsiyəsinə etirazlarını nümayiş etdiriblər.
Belə ki, Dünya Kubokunda iştirak edən yığmaların üzvləri döşək üzərinə “Güləşsiz Olimpiada! Heç vaxt!” sözləri yazılmış bannerlə çıxıblar. Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının (FİLA) və yarışın təşkilatçıları BOK-un tövsiyəsini pisləyərək, bütün dünya azarkeşlərini güləşin Yay Olimpiya Oyunlarında saxlamaq üçün birləşməyə çağırıb. Tribunaları dolu olan 12 minlik “Azadi” İdman Sarayına toplaşanlar natiqləri gurultulu alqışlarla dəstəkləyib.
Qeyd edək ki, yarış iştirakçıları etiraz əlaməti olaraq, güləş döşəyi üzərinə uzanmaq niyyətində olublar. Lakin təşkilatçılar bu ideyanı dəstəkləmədiyindən idmançılar ayaqüstə etirazlarını bildiriblər.

- APA 22 YAŞINDA!
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
0
0