“Orada 4 idman növü üzrə yarışların keçirilməsi nəzərdə tutulub”
23.02.2013 - 16:20
Heydər Əliyev adına İdman Konsert Kompleksində təmir işlərinin aparılmasına ciddi ehtiyac var. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov bildirib.
Nazirin sözlərinə görə, kompleksin məşq zallarında ciddi təmir işləri aparılmalıdır: “Atıcılıq stendində də yeni stend tikilməlidir. Tüfəng və tapança zallarının tikilməsi vacibdir. Bakı İdman Sarayında da təmir işləri aparılmalıdır. Daha böyük işlərin Bakı Sərgi Salonunda aparılmasına ehtiyac var. Orada 4 idman növü üzrə yarışların keçirilməsi nəzərdə tutulub. Bu taekvando, karate, badminton və stolüstü tennis oyunlarıdır. Orada tribunalar, sanitar qovşaqları, restoran və kafelər tikilməlidir”.

- APA 22 YAŞINDA!
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
0
0