Jerar Depardye Azərbaycanda idmanla bağlı film çəkəcək
26.02.2013 - 10:39
Əfsanəvi fransalı kinoaktyor Jerar Depardye Azərbaycanda idmanla bağlı film çəkəcək. Apasport.az saytının məlumatına görə, bunu onun həmyerlisi kinoprodüser Arno Frille açıqlayıb.
O, Rusiya mətbuatına verdiyi müsahibədə postsovet məkanı ölkələri ilə bağlı planlarını açıqlayıb: “Yazda Qazaxıstana “Çöllərin səsi” filmini çəkəcəyik. Bundan sonra Çindən Özbəkistana keçərək Türkiyəyə qədər olan Böyük İpək Yolu ilə bağlı 12 filmdən ibarət teleserialı ekranlaşdıracağıq. Jerar bu serialda Bizans imperatoru rolunu ifa edəcək. Gələn yay Azərbaycanda idmana həsr olunan böyük filmin hissəsini çəkəcəyik”.
Qeyd edək ki, Depardye bu yaxınlarda Fransa vətəndaşlığından imtina edərək Rusiya pasportuna yiyələnib.

- APA 22 YAŞINDA!
- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
0
0